Əgər Rusiya buna davam edərsə, cavab veriləcək - Zelenski
Bu gecə və sabahkı vəziyyət Ukraynanın gələcək hərəkətlərini müəyyən edəcək. Rusiya Ukraynaya zərbələr endirməyə davam edərsə, Ukrayna ordusu da eyni şəkildə cavab verəcək.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Hər bir dövlətə Rusiyaya etdiyimiz təklifi - tam atəşkəs elan etmək üçün dəstəkləyən hər bir liderə təşəkkür etmək istəyirəm. Bu gün görürük ki, Rusiya atəşkəs təklifimizə yalnız yeni zərbələr, yeni hücumlarla cavab verir”, - deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi Prezident Vladimir Putinin Qələbə Günü münasibətilə mayın 8-ni və 9-unu Ukrayna ilə birtərəfli atəşkəs barədə əmr verdiyini açıqlayıb. Bu addım Ukrayna ilə koordinasiya edilmədən atılıb. Bununla yanaşı, bayram tədbiri hücumlarla pozulacağı təqdirdə, Kiyevin mərkəzinə raket zərbəsinin endiriləcəyi diqqətə çatdırılıb.
Ukrayna Prezidenti Vladimir Zelenski isə Teleqram səhifəsində daha erkən - mayın 5-dən 6-na keçən gecədən (00:00-dan) Ukrayna tərəfdən atəşkəs olacağını elan etmişdi.