İdman

PSJ Çempionlar Liqasının finalına yüksəldi - VİDEO

07 May 2026, 01:08 1 baxış
PSJ Çempionlar Liqasının finalına yüksəldi - VİDEO
UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin cavab oyununda "Bavariya" ilə PSJ üz-üzə gəlib. Oxu.Az xəbər verir ki, Münhendə keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Oyunda hesabı artıq 3-cü dəqiqədə Usman Dembele açıb. Matçın sonlarında, 90+4-cü dəqiqədə Harri Keyn bərabərlik qolunu vurub. İlk oyun Paris təmsilçisinin 5:4 hesablı qələbəsi ilə yekunlaşdığı üçün iki oyunun cəminə görə PSJ finala yüksəlib. Komanda həlledici qarşılaşmada "Arsenal" ilə üz-üzə gələcək. Qeyd edək ki, UEFA Çempionlar Liqasının final qarşılaşması mayın 30-da Budapeştdə keçiriləcək.
PSJ Çempionlar Liqasının finalına yüksəldi - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər