İdman

"Bavariya" - PSJ matçının yayımçısı dəyişdi: Oyun hansı kanaldadır?

06 May 2026, 23:38 1 baxış
"Bavariya" - PSJ matçının yayımçısı dəyişdi: Oyun hansı kanaldadır?
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən "Bavariya" - PSJ qarşılaşmasının yayımçısı dəyişib. Oxu.Az xəbər verir ki, görüş "Sport TV" telekanalı vasitəsilə canlı yayımlanır. Qeyd edək ki, daha əvvəl oyunun "CBC Sport" telekanalında nümayiş olunacağı bildirilirdi. Bu axşam UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulur. Oxu.Az xəbər verir ki, gecə start götürəcək qarşılaşmada "Bavariya" klubu evində Fransanın PSJ komandasını qəbul edəcək. Azərbaycanda azarkeşlər bu oyunu "CBC Sport" TV-də izləyə biləcəklər. Xatırladaq ki, bu komandalar arasındakı ilk matç PSJ-nin 5:4 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, dünən keçirilən yarımfinal qarşılaşmasında "Arsenal" "Atletiko Madrid" üzərində 1:0 hesablı qələbə qazanaraq finala adlayıb. UEFA Çempionlar Liqası Yarımfinal mərhələsi 6 may Saat 23:00, "Bavariya" - PSJ ("CBC Sport" TV).
Mənbə oxu.az

Oxşar Xəbərlər