Digər

İrana qarşı hərbi əməliyyata başlamağa hazırıq - Zamir

06 May 2026, 22:24 1 baxış
İrana qarşı hərbi əməliyyata başlamağa hazırıq - Zamir

Biz qələbələrimizi dərinləşdirəcək və İranı daha da zəiflədəcək genişmiqyaslı əməliyyatı bərpa etməyə hazır vəziyyətindəyik. İranda bir sıra əlavə hədəflərimiz hazırlanıb.


Axar.az xəbər verir ki, bunu İsrail Silahlı qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir bildirib.


Onun sözlərinə görə, İsrailin bir neçə cəbhədə əməliyyat vasitəsilə regional reallığı dəyişdirmək üçün tarixi bir fürsəti var.


Zamir əlavə edib ki, ABŞ ordusu ilə əməkdaşlıq və koordinasiya davam edir, vəziyyəti izləyirlər.

Mənbə axar.az

Oxşar Xəbərlər