İdman

FIFA-dan Prestianniyə cəza: Neçə oyun buraxmalı olacaq?

06 May 2026, 17:36 1 baxış
FIFA-dan Prestianniyə cəza: Neçə oyun buraxmalı olacaq?
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Portuqaliyanın "Benfika" klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini təşkilatın himayəsi altında iki matçdan kənarlaşdırıb. Buna səbəb Prestianninin İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisiusa qarşı irqçi davranış nümayiş etdirməsi olub. Oxu.Az-ın xəbərinə görə, bu barədə jurnalist Rob Harris özünün "X" hesabında paylaşım edib. Beləliklə, əgər oyunçu dünya çempionatı üçün Argentina milli komandasına çağırılsa, o, Əlcəzair və Avstriyaya qarşı iki qrup mərhələsi oyununu buraxacaq. Daha əvvəl bildirildiyinə görə, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Nəzarət, Etika və İntizam Orqanı Prestiannini altı oyundan kənarlaşdırıb ki, bunlardan üçü şərtidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər