Digər
Respublikaçılar Ağ Evin bal zalı üçün 1 milyard dollar istəyir
Respublikaçılar Ağ Evin bal zalının tikintisi üçün təxminən 1 milyard dollar ayırmaq barədə Senata qanun layihəsi təqdim ediblər.
Axar.az xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb.
“Layihə ilə əlaqəli yeni təhlükəsizlik tədbirləri səbəbindən bina 1 milyard dollara başa gələ bilər.
Vəsaitlər digər məsələlərlə yanaşı, ABŞ Məxfi Xidməti tərəfindən Şərq Qanadının modernləşdirilməsi layihəsinin bir hissəsi olaraq perimetr hasarlarının quraşdırılması və təkmilləşdirilməsi üçün nəzərdə tutulub”, - məlumatda qeyd olunub.
Mənbə
axar.az