Digər

Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu

06 May 2026, 15:00 1 baxış
Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu
Ziyabəddin Hüseynov Sahibkarlıq Subyektlərinin Elektronlaşdırılması və Sanitar Nəzarət Mərkəzinə direktor vəzifəsinə təyin olunub. Mərkəzin fəaliyyəti sahibkarlıq subyektlərinin daha şəffaf və səmərəli iş rejimin yaradılması üçün elektron QR-məlumatlandırma sisteminin qurulması və nəzarətinin aparılmasını təmin etməkdir. Bu platformada yoxlama nəzarət tədbirləri zamanı, müştəri şikayətləri əsasında tələb olunan bütün məlumatların bir elektron mərkəzdə toplanıb əlçatanlığı təmin etmək mümkün olacaq. Qeyd edək ki, bir neçə gün öncə AQTİ-nin Xidmətlərin təşkili departamentinin direktoru Ziyabəddin Hüseynov öz ərizəsi ilə işdən çıxmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər