İdman
"İnter"in sabiq çempionu vəfat etdi - FOTO
"İnter"in heyətində ölkə çempionu adını qazanmış məşhur futbolçu Evaristo Bekkalossi 70 yaşında vəfat edib. Oxu.Az ANSA agentliyinə istinadən xəbər verir ki, keçmiş futbolçu müalicə aldığı Breşiyadakı klinikada dünyasını dəyişib. 2025-ci ilin yanvarında keçirdiyi xəstəlikdən və uzun müddət komada qaldıqdan sonra Bekkalossinin səhhəti il ərzində kritik olaraq qalıb. Xatırladaq ki, Bekkalossi 1980-ci ildə "İnter"in tərkibində İtaliya çempionluğunu qazanıb. O, Milan təmsilçisi ilə 1982-ci ildə ölkə kubokunun da sahibi olub. Üç il sonra yarımmüdafiəçi bu dəfə "Sampdoriya"nın heyətində İtaliya Kubokunu yenidən başı üzərinə qaldırmağı bacarıb. Futbolçu karyerası ərzində İtaliyanın "Breşiya" və "Montsa" klublarının da formalarını geyinib.
Mənbə
oxu.az