İdman

Daha bir azərbaycanlı MMA döyüşçüsü UFC-də çıxış edəcək

06 May 2026, 11:52 1 baxış
Daha bir azərbaycanlı MMA döyüşçüsü UFC-də çıxış edəcək
Azərbaycanın qarışıq döyüş növləri ustası Fərman Həsənov dünyanın ən nüfuzlu MMA təşkilatı olan UFC (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) ilə müqavilə imzalayıb. Oxu.Az xəbər verir ki, idmançımızın dünyanın ən böyük oktaqonunda ilk çıxışının məhz Bakıda təşkil olunacaq möhtəşəm turnirdə baş tutacağı gözlənilir. Bununla da UFC-də azərbaycanlı döyüşçülərimizin sayı dördə yüksəlib. Qeyd edək ki, "UFC Fight Night Baku" iyunun 27-də, şənbə günü Milli Gimnastika Arenasında baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər