İdman
Dünya çempionatına 36 gün qaldı: TÜRKİYƏ - "Ay-ulduzlular" - VİDEO
Türkiyə millisi ("Ay-ulduzlular") dünya futbolunun ən emosional komandalarından biridir. 2002-ci ildən bəri davam edən uzun fasiləyə son qoyan Türkiyə pley-off mərhələsində Rumıniya və Kosovonu məğlub edərək DÇ-2026-ya vəsiqə qazanıb. Şimali Amerikada keçiriləcək bu final turniri türklərin ən böyük səhnədəki cəmi üçüncü iştirakı olacaq. Sonuncu dəfə bu, 2002-ci ildə baş vermişdi. O zaman Şenol Günəşin yetirmələri yarımfinalda gələcək dünya çempionu Braziliyaya məğlub olsalar da, üçüncü yer uğrunda oyunda turnirin ortaq ev sahibi Cənubi Koreyanı məğlub edərək tarix yazmışdılar. Oxu.Az Türkiyə futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.
Vinçentso Montella 2023-cü ilin sentyabrında Türkiyə millisinin baş məşqçisi təyin edilərək bu posta gələn dördüncü italiyalı mütəxəssis olub. Keçmiş hücumçu futbolçu kimi İtaliya millisində 20 oyun keçirib və A Seriyasında 286 matçda 141 qol vuraraq, 2001-ci ildə "Roma" ilə Skudetto qazanıb. Montella məşqçilik karyerasına 2009-cu ildə "Roma"nın akademiyasında başlayıb və iki il sonra əsas komandanın baş məşqçisi olub. "AC Milan", "Fiorentina" və "Sevilya"dakı fəaliyyətindən sonra "Adana Dəmirspor"a qoşulan mütəxəssis burada elə bir təəssürat yaradıb ki, iki il sonra Türkiyə millisinin baş məşqçisi postunda Ştefan Kuntzu əvəz edib. Montella azarkeşlər tərəfindən çox sevilir və onlara yaxşı inteqrasiya edib. "Mən özümü bir türk kimi hiss edirəm və bir türk kimi düşünürəm", - deyə o, mətbuat konfranslarından birində deyib. Türkiyənin ilk dünya çempionatı Türkiyə 1950-ci ildə dünya çempionatına vəsiqə qazansa da, turnirdə iştirakdan imtina etmişdi. Dörd il sonra onlar çempionatda debüt etmişdilər, lakin burada bir az da şans faktoru rol oynamışdı. Seçmə mərhələdə türklər İspaniya ilə eyni xalı toplamışdılar və pley-off matçı da kifayət etmədikdən sonra püşk atılması qərara alınmışdı. Stadion işçisinin 14 yaşlı oğlu püşkü atmış və şansın köməyi ilə üzərində "Türkiyə" yazılan bilet çıxarılmışdı. Dünya çempionatında italiyalı Sandro Pupponun çalışdırdığı komanda ilk qrup matçında erkən qol vuraraq önə keçməsinə baxmayaraq, gələcək dünya çempionu Qərbi Almaniyaya 1:4 hesabı ilə məğlub olmuşdu. İkinci qrup matçında Cənubi Koreya üzərində 7:0 hesablı qələbə qeydə alınmışdı və Burhan Sarqın het-trik etmişdi. Pupponun yetirmələri qrupu Qərbi Almaniya ilə eyni xalla başa vurmuşdular, həlledici pley-off matçında isə almanlar 7:2 hesabı ilə qələbəyə sevinmişdilər.
Türkiyənin sonuncu dünya çempionatı İlk dünya çempionatı iştirakından 48 il sonra, 2002-ci il turnirində türklər açılış matçında Braziliyaya 1:2 hesabı ilə məğlub olmuş və ardınca Kosta-Rika ilə 1:1 bərabərə qalaraq çətin vəziyyətə düşmüşdülər. Lakin onlar Çin üzərində qazandıqları 3:0 hesablı inamlı qələbə ilə 1/8 finala vəsiqəni təmin etmişdilər və Ümid Davalanın başla vurduğu qol sayəsində ev sahiblərindən olan Yaponiyanı 1/8 finalda mübarizədən kənarlaşdırmışdılar. Seneqala qarşı 1/4 final qarşılaşması daha da dramatik olmuşdu. Əlavə vaxtın əvvəlində İlhan Mansızın vurduğu yeganə "qızıl qol" Türkiyəni ən yaxşı dördlüyə daşımışdı. Yarımfinalda türklər Braziliyaya qarşı oyunun əvvəlində daha üstün olsalar da, yaratdıqları imkanları dəyərləndirə bilməmişdilər. Fasilədən qısa müddət sonra Ronaldonun zərbəsi ilə hesabda geri düşmüş və bu qola cavab verə bilməmişdilər. Cənubi Koreyaya qarşı üçüncü yer uğrunda matçda isə Mansızın vurduğu iki qol komandanı qələbəyə aparmış və ev sahibinin son dəqiqələrdəki təsəlliverici qolu nəticəni dəyişməmişdi.
Türkiyə 2026-cı il dünya çempionatına necə vəsiqə qazanıb? Türkiyə seçmə mərhələ qrupunda dörd qələbə, bir heç-heçə və bir məğlubiyyətlə İspaniyadan sonra ikinci yeri tutub. Onların yeganə məğlubiyyəti ispanlara qarşı öz meydanlarında aldıqları ağır 0:6 hesablı oyun olub. Altı oyunda vurulan 17 qol türklərin hücum keyfiyyətlərini vurğulasa da, buraxılan 12 qol komandanın zəif nöqtələrinin harada olduğunu göstərir. Bununla belə, Montella pley-off oyunları üçün sistemində dəyişikliklər edib və komandasını Rumıniya və Kosovo üzərində 1:0 hesablı qələbələrə daşıyıb. Gənc ulduzlar Arda Güler və Kenan Yıldız manşetlərdə tez-tez yer alsalar da, Fərdi Kadıoğlu və Orkun Kökçü də bu Türkiyə komandasının əsas açar oyunçuları hesab olunurlar.
DÇ-2026-da Türkiyənin oyun cədvəli (Bakı vaxtı ilə) Türkiyə yığması DÇ-2026-da D qrupunda ABŞ, Paraqvay və Avstraliya millilərinə qarşı mübarizə aparacaq. D qrupu: 14 iyun, 08:00, Avstraliya - Türkiyə (Vankuver stadionu); 20 iyun, 07:00, Türkiyə - Paraqvay (San-Fransisko stadionu); 26 iyun, 06:00, Türkiyə - ABŞ (Los-Anceles stadionu).
Türkiyənin dünya çempionatlarında ən çox qol vuran oyunçuları Suat Mamat, Burhan Sarqın və İlhan Mansız hər biri fünya çempionatında üç qola imza atıblar. Mamat və Sarqın 1954-cü ildə, Mansız isə 2002-ci ildə fərqləniblər. Türkiyənin dünya çempionatlarında ən çox oyun keçirən oyunçuları Fatih Akyel, Yıldıray Baştürk, Ümid Davala, Tuqay Kərimoğlu, İlhan Mansız, Rüştü Rəcbər və Hakan Şükür 2002-ci il dünya çempionatında yeddi oyun keçirərək Türkiyənin bu turnirdə ən çox forma geyinən futbolçuları kimi tarixə düşüblər. Nəzəri cəhətdən Şimali Amerikada onların rekordu qırıla bilər, lakin bunun üçün türklərin fenomenal bir seriya göstərmələri tələb olunur - 2026-cı ilin bütün yarımfinalçıları səkkiz matç keçirəcəklər. Türkiyənin dünya çempionatlarındakı ən böyük qələbəsi 1954-cü il dünya çempionatı ən çox qol vurulan turnirlərdən biri olub. Buraya Macarıstanın Cənubi Koreya (9:0) və Qərbi Almaniya (8:3) üzərindəki qələbələri, Uruqvayın Şotlandiyanı 7:0 hesabı ilə məğlub etməsi və Avstriyanın ev sahibi İsveçrə üzərindəki epik 7:5 hesablı zəfəri daxildir. Türkiyə də qrup mərhələsində Cənubi Koreya üzərində qazandığı 7:0 hesablı qələbə ilə bu qol yağışına qatılmışdı. Həmin matçda Burhan Sarqın het-trik, Suat Mamat isə dubl etmiş, Lefter Küçükandonyadis və Erol Kəskin də adlarını tabloya yazdırmışdılar.
Türkiyə millisi Şimali Amerikaya sadəcə qayıdışını qeyd etməyə deyil, 2002-ci ildə olduğu kimi dünyanı yenidən heyran qoymağa gedir. Arda Gülerin sehri və Hakanın liderliyi Türkiyəni pley-offa daşıya biləcəkmi?

Mənbə
oxu.az