İdman

"Sabah" ardıcıl 4-cü dəfə çempion oldu

05 May 2026, 22:38 1 baxış
"Sabah" ardıcıl 4-cü dəfə çempion oldu

Azərbaycan Basketbol Liqasında 2025/2026-cı illər mövsümünün qalibi bəlli olub.


Axar.az xəbər verir ki, final seriyasının üçüncü oyununda "Sabah" "Abşeron Lions"la üz-üzə gəlib.


Bakı İdman Sarayında təşkil edilən qarşılaşma "bayquşlar"ın 108:95 hesablı qələbəsi ilə yekunlaşıb.


Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub etmişdi - 98:93, 112:84.


Bununla da, Rimas Kurtinaytis ardıcıl dördüncü dəfə Azərbaycan çempionu olub.

Mənbə axar.az

Oxşar Xəbərlər