İdman

Musa Qurbanlının zədəsi nə qədər ciddidir? - "Qarabağ"dan AÇIQLAMA

05 May 2026, 16:18 1 baxış
Musa Qurbanlının zədəsi nə qədər ciddidir? - "Qarabağ"dan AÇIQLAMA
Misli Premyer Liqasının XXX turu çərçivəsində baş tutan "Turan Tovuz"la qarşılaşmada zədələnərək meydanı tərk edən "Qarabağ"ın hücumçusu Musa Qurbanlının səhhəti ilə bağlı son vəziyyət məlum olub. Bu barədə Oxu.Az-a Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib. Klub rəsmisinin sözlərinə görə, gənc forvard sözügedən matçda diz nahiyəsindən xəsarət alıb: "Futbolçumuz 2-3 həftə ərzində dizindəki zədəyə görə müalicə prosesi keçəcək. Yalnız bu mərhələ tamamlandıqdan sonra onun yenidən məşqlərə qatılması mümkün olacaq". Xatırladaq ki, gərgin keçən matçda "Qarabağ" rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər