İdman
"Arsenal"ın "Atletiko Madrid" ilə oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunu keçirilir. Oxu.Az xəbər verir ki, gecənin qarşılaşmasında "Arsenal" klubu İngiltərədə İspaniyanın "Atletiko Madrid" komandasını qəbul edəcək. Azərbaycanda azarkeşlər bu oyunu İctimai TV-də izləyə biləcəklər. Qeyd edək ki, yarımfinal qarşılaşmasının ilk oyunu 1:1 hesablı bərabərliklə yekunlaşıb. UEFA Çempionlar Liqası Yarımfinal mərhələsi 5 may Saat 23:00, "Arsenal" - "Atletiko Madrid" (İctimai TV).
Mənbə
oxu.az