İdman

Leandro Andrade "Qarabağ"da 60-cı qolunu vurdu

05 May 2026, 11:33 1 baxış
Leandro Andrade "Qarabağ"da 60-cı qolunu vurdu

Leandro Andrade "Qarabağ"ın heyətində bütün turnirlər nəzərə alınmaqla 60-cı qolunu vurub.


Axar.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXX turunun "Turan Tovuz"la ev qarşılaşmasına (2:1) təsadüf edib.


L.Andrade 60-cı qolunu Ağdam klubunda çıxdığı 211-ci matçında vurub. O, Premyer Liqada 45 (135 oyunda), ölkə kubokunda 2 (20 oyunda), avrokuboklarda 13 (56 qoyunda) qola imza atıb.


Qeyd edək ki, Leandro Andrade "Qarabağ"da ilk qolunu 2022-ci aprelin 2-də "Səbail"lə (5:1) çempionat görüşündə vurub.

Mənbə axar.az

Oxşar Xəbərlər