İdman
Misli Premyer Liqasında turun son akkordu: "Karvan-Yevlax" "Neftçi"yə qarşı
Misli Premyer Liqasında XXX turun son oyunu bu gün keçiriləcək. xəbər verir ki, günün yeganə qarşılaşmasında "Karvan-Yevlax" doğma meydanda "Neftçi"ni qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq matç saat 16:00-da start götürəcək. Liqada qalmaq uğrunda mübarizə aparan Yevlax təmsilçisi 29 turdan sonra 14 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb. Avropada oynamaq şansını əlində saxlayan "Neftçi" klubu isə 47 xalla beşinci yerdədir. Xatırladaq ki, daha əvvəl "Kəpəz" "Sumqayıt"ı (2:1), "İmişli" "Araz-Naxçıvan"ı (1:0), "Sabah" "Şamaxı"nı (3:0), "Zirə" "Qəbələ"ni (1:0), "Qarabağ" "Turan Tovuz"u "(2:1) məğlub edib. Misli Premyer Liqası XXX tur 5 may 16:00, "Karvan-Yevlax" - "Neftçi" Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev; VAR: Kamranbəy Rəhimov; AVAR: Zeynal Zeynalov; Hakim-inspektor: Munis Abdullayev; AFFA nümayəndəsi: Məmmədəli Məmmədov; Məkan: Yevlax şəhər stadionu.
Mənbə
oxu.az