İdman

İngiltərə Premyer Liqası: "Mançester Siti" son saniyələrdə məğlubiyyətdən xilas oldu - VİDEO

05 May 2026, 01:08 1 baxış
İngiltərə Premyer Liqası: "Mançester Siti" son saniyələrdə məğlubiyyətdən xilas oldu - VİDEO
İngiltərə Premyer Liqasının 35-ci turunda "Everton" və "Mançester Siti" üz-üzə gəliblər. Oxu.Az xəbər verir ki, Liverpuldakı "Hill Dikkinson" stadionunda keçirilən qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
Hesabı 43-cü dəqiqədə qonaqların heyətində Ceremi Doku açıb. 68-ci dəqiqədə Tyerno Barri bərabərlik qolunu vurub. 73-cü dəqiqədə Ceyk O'Brayen "Everton"u önə çıxarıb, 81-ci dəqiqədə isə Barri dubl edərək fərqi artırıb. 83-cü dəqiqədə Erlinq Holand hesab arasında fərqi azaldıb. 90+8-ci dəqiqədə Doku bərabərlik qolunu vuraraq komandasını məğlubiyyətdən xilas edib. Bu nəticədən sonra "Mançester Siti" 71 xalla ikinci yerdədir. "Everton" isə 48 xalla 10-cu pillədə qərarlaşıb,
İngiltərə Premyer Liqası: "Mançester Siti" son saniyələrdə məğlubiyyətdən xilas oldu - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər