İdman
"Real Madrid"in müdafiəçisi Ferlan Mendi mövsüm ərzində beşinci dəfə zədələndi
İspaniyanın "Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi bud nahiyəsindən zədə alıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub. Oyunçu İspaniya çempionatının 34-cü turu çərçivəsində "Espanyol"a qarşı keçirilən görüşdə zədələnib. O, matçın 14-cü dəqiqəsində əvəzlənib. 30 yaşlı Mendi üçün bu, cari mövsümdə artıq beşinci zədədir. "Marca" nəşrinin məlumatına görə, mütəxəssislər əməliyyatla bağlı qərar qəbul etməlidirlər. Mənbənin sözlərinə əsasən, futbolçunun bərpa prosesi təxminən beş ay davam edə bilər.
Mənbə
oxu.az