Kriminal

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

03 May 2026, 21:24 1 baxış
Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ
Sumqayıtda işləyən zaman halı pisləşən fəhlə dünyasını dəyişib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi bağları yaşayış massivində qeydə alınıb. Belə ki, fəhlə işləyən zaman qəfildən halı pisləşib və hadisə yerindəcə həyatını itirib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər