Kriminal

Culfada kanaldan qadın meyiti tapıldı

02 May 2026, 18:24 1 baxış
Culfada kanaldan qadın meyiti tapıldı
Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Yaycı kəndi ərazisində kanalda qadın meyiti aşkarlanıb. Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə muxtar respublikanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, həyata keçirilən tədbirlər nəticəsində kanalda aşkar olunan qadın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Meyitin Ordubad rayonunun Baş Dizə kənd sakini, 1957-ci il təvəllüdlü Rəbahət Əsəd qızı Bayramovaya məxsus olduğu məlum olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər