Kriminal

Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edildi - VİDEO

02 May 2026, 18:52 1 baxış
Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edildi - VİDEO
Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxs bir nəfərin cibindən pul, kart, sənədlər olan pul kisəsini və mobil telefonunu talayaraq hadisə yerindən uzaqlaşıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, zərərçəkən sərxoş vəziyyətdə olduğuna görə heç bir müdaxilə edə bilməyib. Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı İsmayıl Orucov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma davam etdirilir.
Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edildi - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər