Kriminal
Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI
Bakıda göldən 58 yaşlı kişi meyiti tapılıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. Belə ki, Bakı sakini olan 1968-ci il təvəllüdlü Etibar Məhiyəddin oğlu Kərimovun meyiti qəsəbə ərazisindəki göldə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Məlumata görə, Etibar Kərimov hadisədən bir gün əvvəl itkin düşübmüş. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər