Kriminal
Külli miqdarda narkotik vasitə və həbin ölkə ərazisinə keçirilməsinin qarşısı alındı
Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19 kiloqram 665 qram narkotik vasitə marixuana və 20 050 ədəd müxtəlif tərkibli həbin (19 950 ədəd metadon "M-40", 50 ədəd "Gelofen 400", 50 ədəd "Tedaphen 400") İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər