Digər

Tehran üçün yer yox, nəticə vacibdir - Səburi

01 May 2026, 12:42 1 baxış
Tehran üçün yer yox, nəticə vacibdir - Səburi

İran ABŞ ilə danışıqların keçirilməsi üçün İslamabadı mümkün məkan kimi nəzərdən keçirir, lakin Tehran üçün əsas məsələ yer deyil, nəticədir.


Axar.az xəbər verir ki, bunu İranın İtaliyadakı səfiri Məhəmməd Rza Səburi deyib.


“Biz Pakistanın səylərini yaxından izləyirik. Həmin ölkənin təşəbbüsləri nəzərə alınmaqla, İslamabad danışıqlar üçün məkan kimi nəzərdən keçirilir.


Danışıqların harada keçirilməsi ikinci dərəcəli məsələdir: əsas diqqət ədalətli və balanslı razılaşmanın əldə olunmasına yönəlməlidir", - deyə o əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər