Digər

Səhər acqarına nəyi içmək olar, nəyi olmaz?

01 May 2026, 02:02 1 baxış
Səhər acqarına nəyi içmək olar, nəyi olmaz?

Çox insan səhər yuxudan duran kimi bir çox içkiləri, kokteylləri, bitkiləri sağlamlığa fayda olsun deyə içməyə çalışır.


Axar.az Medicina.az-a istinadən xəbər verir ki, yanlış seçimlər mədəni qıcıqlandıra,, kortizolu artıra, günboyu halsızlıq verə bilər:


Səhər ac qarına içilən içkilər: həzmi aktivləşdirir, hormonları oyadır, gün ərzində enerji səviyyəni müəyyən edir.


Səhərlər nə içmək olar?


1. İlıq su


- Bədəni oyadır;


- Bağırsaqları aktivləşdirir;


- Toksinlərin atılmasına kömək edir.


2. Limonlu ilıq su


- Həzmi stimullaşdırır;


- Qaraciyər fəaliyyətini dəstəkləyir.


3. Bitki çayları


- Nanə, çobanyastığı;


- Sinir sistemini sakitləşdirir;


- Mədəni yormur.


4. Bal + ilıq su (yüngül enerji)


- Qan şəkərini yavaş yüksəldir;


- Enerji verir.


5. Alma sirkəsi


- Həzmi aktivləşdirə bilər;


- İnsulin həssaslığına kömək edə bilər;


Mütləq su ilə qarışdırılmalıdır.


Bunları içmək olmaz!


1. Qəhvə (ən böyük səhv): Aç qarına qəhvə: stress hormonunu artırır.


Nəticə: Əsəbilik, ürəkdöyünmə, günboyu enerji düşməsi.


2. Şəkərli içkilər: Qan şəkərini kəskin qaldırır, sonra sürətlə düşür, halsızlıq yaradır.


3. Turş şirələr (portağal və s.): Mədə turşuluğunu artırır, qıcıqlanma verə bilər.


4. Süd (bəziləri üçün): Bəzi insanlarda şişkinlik, həzm problemi yarada bilər.


Bunları da etmək olmaz!


- Səhər heç nə içməmək;


- Birbaşa qəhvə ilə başlamaq;


- Çox turş içkilər seçmək.


Qızıl qayda:


- Əvvəl: 1 stəkan ilıq su;


- 10–15 dəq sonra: yüngül içki və ya qida;


- Sonra: qəhvə (istəyirsənsə).


Səhər açqarına içilən içki sadəcə vərdiş deyil, bütün günün enerji və hormon balansını müəyyən edir.

Mənbə axar.az

Oxşar Xəbərlər