Digər
Qazaxıstan "Bayraqdar"la bağlı bu məlumatı məxfi saxlayır
Qazaxıstan Türkiyənin "Bayraqdar" pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə bağlı hələlik qərar verməyib.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirlik PUA-ların istehsalının gələcəyi ilə bağlı məsələnin hələ işlənmə mərhələsində olduğunu bildirib:
"Daha ətraflı məlumat xidməti xarakter daşıyır və yayılmasına icazə verilmir".
Mənbə
axar.az