Digər

"TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir - VİDEO

30 Apr 2026, 18:38 1 baxış
"TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir - VİDEO
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində keçirilən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir. Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlim planına uyğun olaraq, müxtəlif epizodlar üzrə qarşılıqlı fəaliyyət tapşırıqları icra olunur. Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Sikorsky S-70" helikopteri vasitəsilə radioelektron mübarizə (REM) tədbirləri yerinə yetirilərək şərti düşmənin yerüstü radioelektron vasitələri susdurulub. Eyni zamanda, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "Mi-17" helikopteri ilə şərti hədəflərin aşkar edilməsi və məhv olunması üzrə tapşırıqlar uğurla icra edilib. Təlimin keçirilməsində əsas məqsəd qardaş ölkələrin HHQ-ləri arasında birgə fəaliyyətlərin uzlaşdırılması, şəxsi heyətin peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsidir.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər