Dünya

Trampın iştirakı ilə keçirilən tədbirdə atəş açan şəxs İranla bağlantılı olub?

26 Apr 2026, 09:48 1 baxış
Trampın iştirakı ilə keçirilən tədbirdə atəş açan şəxs İranla bağlantılı olub?
ABŞ Prezidenti Donald Tramp "Washington Hilton" hotelində Ağ Evin nəzdindəki Müxbirlər Assosiasiyasının tədbiri zamanı baş vermiş atışmanın ABŞ-nin İrana qarşı hərbi əməliyyatı ilə bağlı olmasına şübhə ilə yanaşıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə hadisədən sonra keçirilən mətbuat konfransında bildirib. *Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEO "Mən belə düşünmürəm, lakin heç vaxt dəqiq bilmək olmaz", - ABŞ prezidenti deyib. D.Tramp, həmçinin atəş açan şəxsin hədəfi ola biləcəyi ehtimalını da istisna etməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər