Dünya
Fransada enerji qıtlığı təlaşı: "Təcili alternativlər tapmalıyıq"
"TotalEnergies" korporasiyasının rəhbəri Patrik Puyanne Hörmüz boğazının bloklanması və İranla bağlı mövcud gərginlik fonunda Fransanı gözləyən enerji qıtlığı riski ilə bağlı xəbərdarlıq edib. Oxu.Az bildirir ki, bu barədə "Le Parisien" nəşri xəbər yayıb. Dərgi baş direktorun IFRI beynəlxalq siyasət konfransındakı çıxışından sitat gətirib: "Artıq bütün ehtiyatlarımızı istifadə edib bitirmişik. Mövcud vəziyyət növbəti iki-üç ay ərzində dəyişməzsə, hazırda bir sıra Asiya dövlətlərinin üzləşdiyi enerji qıtlığı mərhələsinə daxil olacağıq". Şirkət rəhbərinin qənaətinə görə, vaxt itirmədən alternativlər axtarıb tapmaq tələb olunur. O, Yaxın Şərq regionunda yeni boru xətlərinin inşasına sərmayə yatırılmasını səmərəli addım hesab edir.
Mənbə
oxu.az