Dünya

Əraqçi: "İran ABŞ-nin dialoqa hazır olduğuna əmin deyil"

26 Apr 2026, 00:12 1 baxış
Əraqçi: "İran ABŞ-nin dialoqa hazır olduğuna əmin deyil"
İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Tehran hələlik ABŞ-nin münaqişənin həlli üçün tam şəkildə diplomatik metodlara keçməyə hazır olduğuna əmin deyil. Oxu.Az xəbər verir ki, bu barədə o, özünün "X" sosial şəbəkəsində yazıb. "ABŞ-nin diplomatiyaya nə dərəcədə hazır olduğunu müəyyən etmək üçün hələ müşahidə aparmaq lazımdır", - Əraqçı qeyd edib. XİN rəhbəri İslamabada son səfərini "məhsuldar" adlandırıb və Pakistan tərəfi ilə İrana qarşı aqressiyanın daimi dayandırılması üçün şərtləri müzakirə etdiyini bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər