Dünya
İranda "Mossad"la əməkdaşlıqda təqsirləndirilən şəxs edam edilib
İran İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əlaqədə təqsirləndirilən İslam Respublikasının vətəndaşını edam cəzasına məhkum edib. Oxu.Az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər yayıb. Bildirilib ki, barəsində ölüm hökmü icra olunan Erfan Kiani "Mossad"a casusluq etməklə yanaşı, cari ildə İranda baş tutan kütləvi etiraz aksiyalarında zorakılıq və vandalizm hərəkətləri törətməkdə təqsirli bilinib. İran rəsmilərinin açıqlamalarına əsasən, Kiani İsfahan şəhərində qəsdən yanğınlar çıxarmaqda, dövlət və xüsusi mülkiyyətə ziyan vurmaqda, habelə vətəndaşlar arasında qorxu yaratmaqda iştirak edib. Bundan başqa, ona qarşı kəsici-deşici silahdan istifadə ittihamı da irəli sürülüb. Vurğulanır ki, ölüm cəzası İranın Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanıldıqdan sonra yerinə yetirilib.
Mənbə
oxu.az