Dünya
Kolumbiyada terror: Hərbi bazanın yaxınlığında iki avtomobil partladıldı - VİDEO
Kolumbiya ordusunun mühəndislik batalyonunun bazası yaxınlığında iki avtomobil partladılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Caracol" telekanalı məlumat yayıb.
Hadisə batalyonun qərargahının yerləşdiyi Palmira şəhərində baş verib. Hadisə nəticəsində itki və xəsarət alanlar barədə hələlik açıqlama verilməyib. Kolumbiyanın Valye-del-Kauka bölgəsinin qubernatoru Dillian Fransiska Toro baş verənləri terror aktı adlandıraraq, ölkə rəhbəri Qustavo Petronun başçılıq etdiyi hökumətdən yardım istəyib. "Baş verənlər qəbuledilməz zorakılıq aktlarıdır. Partlayışlar təsdiq edir ki, Valye zorakılığın eskalasiyası ilə üzləşir. Bizə real, daimi və effektiv dəstək lazımdır. Ərazimizdə fəaliyyət göstərən cinayətkar strukturlara qarşı aşkar tədbirlər görülməlidir", - deyə qubernator bildirib.

Mənbə
oxu.az