Dünya

Çində məxfi sahələrdə çalışan doqquz alimin MÜƏMMALI ÖLÜMÜ diqqət mərkəzinə düşüb

25 Apr 2026, 03:14 1 baxış
Çində məxfi sahələrdə çalışan doqquz alimin MÜƏMMALI ÖLÜMÜ diqqət mərkəzinə düşüb
Çində son illər ərzində azı doqquz alim müəmmalı şəkildə həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Məlumata görə, onların çoxu məxfi sahələrdə çalışıblar: hərbi süni intellekt, kosmik müdafiə və hipersəs silahları. Rəsmi məlumatlarda alimlərin bədbəxt hadisələr, xəstəliklər və ya izahedilməz insidentlər nəticəsində öldükləri açıqlanıb. Lakin oxşar sahələr üzrə çalışan alimlərin artan ölüm halları daha çox suallar doğurmağa başlayıb. Ən qəribə hadisələrdən biri professor Fen Yanhe ilə bağlıdır. 2023-cü ildə o, gecə saatlarında Pekində avtomobillə qəzaya düşüb. Hadisə adi yol-nəqliyyat hadisəsi olsa da, sonralar qəribəliklər başlayıb. Yanhenin ölümü haqqında rəsmi məlumatda "xidməti vəzifələrini yerinə yetirərkən həlak olub" yazılıb. Halbuki belə məlumatlar qəzada həlak olanlar haqqında deyil, hərbçilər və ya kəşfiyyatçılar haqqında deyilir. Professor çox nüfuzlu dövlət xadimlərinin dəfn edildiyi xiyabanda basdırılıb. Buna görə də çoxları bunun sadəcə bədbəxt hadisə olduğuna şübhə edirlər.
Ölənlər arasında 2024-cü ilin dekabr ayında avtomobil qəzasında həlak olduğu bildirilən kosmik texnologiya mütəxəssisi Çjan Syaosin də var.
Qeyd edək ki, daha əvvəl ABŞ-də nüvə elmi və kosmik tədqiqatlar sahəsində çalışan alimlərin müəmmalı ölümləri və itkin düşmələri barədə məlumat yayılmışdı. ABŞ-də 2023-cü ildən etibarən azı səkkiz alim müəmmalı şəraitdə həlak olub və ya itkin düşüb.
Çində məxfi sahələrdə çalışan doqquz alimin MÜƏMMALI ÖLÜMÜ diqqət mərkəzinə düşüb Çində məxfi sahələrdə çalışan doqquz alimin MÜƏMMALI ÖLÜMÜ diqqət mərkəzinə düşüb
Mənbə oxu.az

Oxşar Xəbərlər