Dünya

ABŞ nümayəndə heyəti danışıqlar üçün Pakistana gedəcək? - Ağ Ev QƏRAR VERDİ

24 Apr 2026, 22:48 1 baxış
ABŞ nümayəndə heyəti danışıqlar üçün Pakistana gedəcək? - Ağ Ev QƏRAR VERDİ
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşner İran nümayəndələri ilə danışıqlar aparmaq üçün Pakistana yollanacaq. Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib. "Uitkoff və Cared Kuşner sabah Pakistana gedəcək ki, İran tərəfinin mövqeyini dinləsinlər. Ümid edirik ki, irəliləyiş olacaq. Ümid edirik ki, bu görüş müsbət nəticələrə gətirib çıxaracaq", - deyə o, jurnalistlərə açıqlamasında qeyd edib. Livitt bildirib ki, ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey. Di. Vens və dövlət katibi Marko Rubio Vaşinqtonda İslamabadda keçiriləcək məsləhətləşmələrin nəticələrini gözləyəcəklər. Onun sözlərinə görə, nəticələr müsbət olacağı təqdirdə, vitse-prezident Vens də Pakistana səfər edə bilər. Livitt əlavə edib ki, "son bir neçə gün ərzində ABŞ İran tərəfdən müəyyən irəliləyiş müşahidə edib" və gözlənilən görüşün nəticələrini gözləmək lazımdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər