Şou biznes

Yaddaşını itirən və çoxdandır görünməyən Cek Nikolson ictimaiyyət qarşısına çıxdı - VİDEO

23 Apr 2026, 17:40 19 baxış
Yaddaşını itirən və çoxdandır görünməyən Cek Nikolson ictimaiyyət qarşısına çıxdı - VİDEO
Son illərdə demensiyadan (yaddaşın itirilməsi) əziyyət çəkən əfsanəvi Hollivud aktyoru Cek Nikolson ictimaiyyət qarşısına nadir çıxışı ilə pərəstişkarlarını sevindirib. Bu barədə Oxu.Az KP.ru-ya istinadən xəbər verir. Məlumata görə, aktyorun bir gün əvvəl 89 yaşı tamam olub. Dünyanın hər yerindən fanatları ona təbriklər ünvanlayıblar.
Cek Nikolson əsa ilə gəzməyinə baxmayaraq, gümrah və yaxşı əhval-ruhiyyədə görünüb. Hollivud ulduzu ətrafındakılarla söhbət edib, hotelin qarşısında toplaşan pərəstişkarlarına gülümsəyib və həvəslə avtoqraf verib. Onun ictimaiyyət arasına çıxmasının videosu sürətlə sosial şəbəkələrdə yayılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər