Şou biznes

İbrahim Tatlıses mirasını kimə vəsiyyət etdiyini açıqladı - VİDEO

22 Apr 2026, 22:00 1 baxış
İbrahim Tatlıses mirasını kimə vəsiyyət etdiyini açıqladı - VİDEO
"Bütün var-dövlətimi dövlətə vəsiyyət etmişəm". Oxu.Az gzt.com-a istinadən xəbər verir ki, bunu öd kisəsi əməliyyatı keçirmiş türkiyəli müğənni İbrahim Tatlıses xəstəxanadan evə buraxılan zaman jurnalistlərin suallarını cavablandırarkın deyib.

"Sərvətimi ailəm də daxil olmaqla heç kim üçün saxlamayacağam. Topladığım sərvəti dövlətə vəsiyyət etmişəm. Qazancımı öz zəhmətimlə əldə etmişəm", - deyə məşhur sənətçi vurğulayıb. Qeyd edək ki, İ.Tatlıses aprelin 11-də əməliyyat olunub. İ.Tatlısesin Bodrum və İzmirdə hotellər, villalar, mənzillər, kabab restoranları, televiziya kanalları və avtomobil parkları da daxil olmaqla, təxminən 150-850 milyon dollar dəyərində aktivləri olduğu iddia edilir.
İbrahim Tatlıses mirasını kimə vəsiyyət etdiyini açıqladı - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər