Şou biznes

Məşhur türkiyəli müğənni Bengünün vəkilindən çağırış: "Ana olduğunu nəzərə alın" - FOTO

20 Apr 2026, 17:52 1 baxış
Məşhur türkiyəli müğənni Bengünün vəkilindən çağırış: "Ana olduğunu nəzərə alın" - FOTO
Türkiyədə saxlanılan və sonradan sərbəst buraxılan məşhur müğənni Bengünün narkotik testinin nəticələri məlum olub. Oxu.Az-ın "TGRT Haber"ə istinadən xəbərinə görə, bu barədə müğənninin vəkili açıqlama verib. Bengü öz sosial şəbəkə hesabında vəkilin açıqlamasını paylaşıb.
Vəkil Bengünün qan və saç nümunələrində hər hansı qadağan olunmuş maddəyə rast gəlinmədiyini bildirib. "Müştərimiz Bengü Erdenin qan və saç nümunələri üzərində aparılan ətraflı yoxlamalar nəticəsində narkotik və ya stimullaşdırıcı maddə aşkarlanmayıb. Bu istiqamətdə onun həyatının heç bir mərhələsində narkotik və ya stimullaşdırıcı maddədən istifadə etmədiyini vurğulayırıq. Müştərimizin ilk növbədə ana olduğunu nəzərə alaraq, bu məsələ ilə bağlı şərhlərdə və xəbərlərdə həssaslıq göstərilməsini və həqiqəti əks etdirməyən iddialara, xəbərlərə etibar edilməməsini xahiş edirik", - deyə vəkil qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər