Digər

ABŞ və İran arasında atəşkəs uzadılacaq - AP

15 Apr 2026, 15:22 1 baxış
ABŞ və İran arasında atəşkəs uzadılacaq - AP

ABŞ və İran arasında atəşkəs daha iki həftə uzadıla bilər.


Axar.az xəbər verir ki, bu barədə “Asoşeyted Press” mənbəyə istinadla məlumat yayıb.


“Vasitəçilər diplomatik danışıqlara daha bir şans vermək üçün 22 apreldə başa çatacaq atəşkəs rejimini ən azı iki həftə uzatmağa çalışırlar. Onlar iddia edirlər ki, hər iki tərəf atəşkəsin uzadılması üçün prinsipial razılıq verib. Vasitəçilər nüvə proqramı, Hörmüz boğazı və zərərin ödənilməsi də daxil olmaqla, üç əsas mübahisəli məsələ üzrə kompromis üzərində işləyirlər”, - mənbə bildirib.


Qeyd edək ki, aprelin 8-də ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər