Digər

"Yelo Bank" artıq Zaqatalada - FOTO

15 Apr 2026, 14:42 1 baxış
"Yelo Bank" artıq Zaqatalada - FOTO
"Yelo Bank" xidmət şəbəkəsini genişləndirməyə davam edir. Bankın yeni, sayca 23-cü xidmət məntəqəsi Zaqatala şəhərində fəaliyyətə başladı. Faiq Əmirov küçəsi, 12C ünvanında yerləşən filial bankın özünəməxsus "parlaq bankçılıq" konsepti əsasında qurulub. Müasir və işıqlı interyeri ilə fərqlənən filialda müştərilərin rahatlığı üçün hər bir detal nəzərə alınıb. Burada həm fərdi, həm də biznes müştərilərinə geniş çeşiddə bank xidmətləri, o cümlədən kredit, əmanət, kart əməliyyatları və digər gündəlik maliyyə xidmətləri təklif olunur. Həmçinin 24/7 xidmət zonasında ATM və terminallar vasitəsilə günün istənilən vaxtı nağdlaşdırma və ödənişlər etmək mümkündür. "Yelo Bank"ın əsas məqsədi maliyyə xidmətlərini hər kəs üçün əlçatan etmək və bölgələrdə real sektorun inkişafına dəstək olmaqdır. Yeni filial Zaqatala və ətraf rayonlardakı kiçik və orta sahibkarlıqla məşğul olan şəxslər üçün maliyyə resurslarına əlçatanlığı asanlaşdıracaq. Strategiyasına uyğun olaraq bank, regionlarda fəaliyyətini daha da gücləndirməyi planlaşdırır. Sərfəli şərtlərlə aqrokredit əldə etmək istəyirsiniz? O zaman "981" nömrəsinə zəng edin və ya "Facebook", "Instagram", "WhatsApp" və yelo.az hesablarımızı ziyarət edin.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər