Digər
Hörmüzün blokadası ABŞ ordusuna baha başa gələcək
ABŞ-ın Hörmüz boğazını blokadaya alması Amerika hərbçiləri arasında daha çox itkiyə səbəb ola bilər.
Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Boğazın blokadasını gücləndirmək üçün Vaşinqtondan əhəmiyyətli hərbi resurslar ayırmaq tələb olunacaq, bu da ABŞ ordusunu riskə atacaq, çünki ABŞ indiyə qədər İrana hücumlarının əksəriyyətini havadan həyata keçirib. İranın artıq Amerika gəmilərinə dron və qayıqlarla hücuma keçəcəyi ilə bağlı bəyanatını nəzərə alsaq, Amerika ordusunun itkilərinin sayının artması riski var”, - məlumatda deyilib.
Qeyd edək ki, ABŞ ordusu Hörmüz boğazını 13 apreldən blokadaya aldığını açıqlayıb.
Mənbə
axar.az