Digər
İran tunellərdəki raket qurğularını çıxardır - Foto
İran atəşkəs dövründə yeraltı tunellərdə qapalı qalan raket buraxılış qurğularını çıxarmaq üçün ağır texnikadan istifadə edir.
Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“ABŞ kəşfiyyatının son qiymətləndirmələrinə görə, bir ay davam edən döyüşlərdən sonra İranın raket buraxılış qurğularının təxminən yarısı hələ də salamat qalıb.
Onların bir çoxu, ehtimal ki, ABŞ və İsrailin tunel girişlərinə endirdiyi zərbələr nəticəsində torpaq altında qalıb və İran hazırda onları bərpa etməyə çalışır”, - məlumatda bildirilib.
Mənbə
axar.az