Digər

Ukrayna ordusu qənaət rejiminə keçir

15 Apr 2026, 08:30 1 baxış
Ukrayna ordusu qənaət rejiminə keçir

Ukrayna “Patriot” sistemləri üçün raketlərə qənaət etmək məcburiyyətindədir.


Axar.az xəbər verir ki, bunu Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yeqor Çernev deyib.


Çernevin sözlərinə görə, Ukrayna raket çatışmazlığı ilə üzləşir və bu da mövcud ehtiyatlarından mümkün qədər az istifadə etməyə məcbur edir.


O qeyd edib ki, Ukrayna ordusu hər buraxılışın effektivliyini artırmaq üçün tamamilə avtomatlaşdırmaya etibar etmədən, "Patriot" sistemindən əl ilə istifadə edir.

Mənbə axar.az

Oxşar Xəbərlər