Digər
Banqladeş sahilində gəmi batdı: 250 nəfər itkin düşdü
Banqladeş sahillərində baş verən gəmi qəzası nəticəsində qadın və uşaqlar da daxil olmaqla, azı 250 nəfər itkin düşüb.
Axar.az xəbər verir ki, bu barədə "Dhaka Tribune" qəzeti məlumat yayıb.
Məlumata görə, gəmidə qaçqınlar və Banqladeş vətəndaşları olublar.
Gəmi ölkənin cənubundakı Teknaf rayonundan çıxaraq Malayziyaya doğru hərəkət edirmiş. Qəzanın ilkin səbəbi kimi həddindən artıq yüklənmə, güclü külək və fırtına göstərilir.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Mənbə
axar.az