Digər

Gürcüstanda təhlükəli vəziyyət: Karantin elan olundu

14 Apr 2026, 21:27 1 baxış
Gürcüstanda təhlükəli vəziyyət: Karantin elan olundu

Gürcüstanın Sameqrelo-Yuxarı Svaneti bölgəsinin Martvili bələdiyyəsinin ərazisində quduzluq faktı qeydə alınıb.


Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Qida Agentliyi məlumat yayıb.


Agentliyin açıqlamasında deyilir ki, şübhəli statusla təcrid olunmuş və müşahidə altında olan Kutaisi sığınacağına aparılan küçə itində quduzluq aşkarlanıb və buna görə də karantin elan edilib.


“Milli Qida Agentliyi hadisə ilə bağlı bütün müvafiq qurumları məlumatlandırıb, quduzluğun aradan qaldırılması tədbirlərinə başlanılıb. Epidemiyanın yayıldığı ərazidə karantin elan edilib”, - məlumatda bildirilib.


Qeyd edək ki, bundan əvvəl Gürcüstanın iki bölgəsində quduzluq səbəbindən karantin elan olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər