Dünya
Niderland tarixinin ən böyük enerji böhranı təhlükəsi ilə üz-üzədir
ABŞ və İsrailin İrana hücumlarından sonra yanacaq qiymətlərinin artması fonunda Niderland tarixinin ən böyük enerji böhranı ilə üzləşə bilər. Oxu.Az xəbər verir ki, bu barədə Niderlandın baş nazirinin müavini və müdafiə naziri Dilan Yeşilgöz-Zegerius "NPO 1" telekanalına müsahibəsində bildirib. "Əgər münaqişə uzun müddət davam edərsə və nəticələr hazırda proqnozlaşdırıldığı kimi olarsa, biz tarixin ən böyük enerji böhranı ilə üzləşə bilərik", - deyə nazir bildirib. Onun sözlərinə görə, hakimiyyət orqanları əhali üçün müxtəlif dəstək ssenarilərini nəzərdən keçirərək uzunmüddətli nəticələrə hazırlaşır. Türkəsilli nazir qeyd edib ki, hökumət hazırda yaxın həftələrdə təqdim edilməli olan tədbirlər paketi üzərində işləyir. Bununla yanaşı o etiraf edib ki, effektli həll yollarının tapılması göründüyündən xeyli daha mürəkkəb bir vəzifədir. Yeşilgöz-Zegeriusun bildirdiyinə görə, hakimiyyət orqanları, həmçinin böhranın bir mərhələdə aradan qaldırılmasının mümkün olmayacağından çıxış edir və vəziyyətin inkişafından asılı olaraq tədbirlərin ardıcıl tətbiqinə hazırlaşır.
Mənbə
oxu.az