Dünya
Dağıstanda qar uçqunu: Yoxa çıxan qadın və uşağı tapıldılar - VİDEO
Rusiyanın Dağıstan Respublikasında qar uçqununa düşən ana və övladı sağ tapılıblar. Onlar səkkiz saatdan artıq qar kütləsinin altında çıxarılıblar. Oxu.Az-ın "SHOT" "Telegram" kanalına istinadən verdiyi məlumata görə, qadında çoxsaylı sınıq xəsarətləri aşkarlanıb və o, xəstəxanaya yerləşdirilib. Yeddi yaşlı uşağın səhhətində isə heç bir problem yoxdur. Baş vermiş uçqun hadisəsi ilə əlaqədar prosessual araşdırmalara başlanılıb. Təbii fəlakət kənd ərazisində səhər saat beş radələrində qeydə alınıb. Yaxınlıqdakı Mokok kəndində qar kütləsinin sürüşməsi nəticəsində yaşayış evinin üstünə yüksək gərginlikli elektrik ötürücü xətti aşıb. Həmçinin Qumbet və Botlix rayonlarının sərhədində 10 baş at tələf olub. Heyvanlar intensiv qar yağıntısı ucbatından yolu davam edə bilməyiblər. Rusiyanın Dağıstan Respublikasının Suntinski rayonunda qar uçqunu baş verib. İlkin məlumatlara görə, bir qadın və uşaq qar kütləsinin altında qalıb. Oxu.Az xəbər verir ki, bu barədə aprelin 13-də Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin (FHN) respublika üzrə Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.
"Şaitli yaşayış məntəqəsində qar uçqununun düşməsi barədə siqnal daxil olub. İlkin ehtimallara əsasən, qadın və onun uşağı qar altında qalıblar. Rusiya FHN-in xilasediciləri dərhal hadisə yerinə yola düşüblər", - deyə məlumatda qeyd olunub. Əlavə edilib ki, kəskin hava şəraitinə görə axtarış-xilasetmə işlərinə aviasiyanın cəlb edilməsi mümkün deyil. Hazırda hadisə ilə bağlı təfərrüat dəqiqləşdirilir.

Mənbə
oxu.az