Dünya

Altay diyarında daşqın: Yüzlərlə ev və həyətyanı sahəni su basıb - VİDEO

13 Apr 2026, 15:24 1 baxış
Altay diyarında daşqın: Yüzlərlə ev və həyətyanı sahəni su basıb - VİDEO
Rusiyanın Altay diyarında daşqınlar səbəbindən 340-dan çox həyətyanı sahəni su basıb. Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional şöbəsi məlumat verib.
"13 aprel yerli vaxtla saat 15:00-a (Bakı vaxtı ilə 12:00 - red.) olan məlumata görə, 142 yaşayış binası və 345 fərdi sahə su altında qalıb", - deyə açıqlamada bildirilir. Nazirliyin məlumatına görə, Altay diyarının əksər ərazilərində qar örtüyü əriyib və buzların qırılması prosesi başa çatmaq üzrədir. Qurumun baş idarəsindən əlavə ediblər ki, Kamensk rayonunda Ob çayının buzdan təmizlənməsi zamanı tıxacların yaranması və suyun səviyyəsinin qalxması ehtimalı yüksəkdir. Buna görə də qabaqlayıcı tədbir kimi ərazidə ümumi uzunluğu təxminən 400 metr olan su ilə doldurulan bəndlər quraşdırılır. "Rusiyanın Altay diyarı üzrə Baş Fövqəladə Hallar İdarəsinin böhran vəziyyətlərində idarəetmə mərkəzində yerli administrasiyalarla qarşılıqlı əlaqə davam etdirilir, vəziyyətə gecə-gündüz nəzarət olunur", - deyə Baş İdarədən bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər