Dünya

Avropada fitnes klubun bir milyon müştərisinin məlumatları oğurlanıb

13 Apr 2026, 15:40 1 baxış
Avropada fitnes klubun bir milyon müştərisinin məlumatları oğurlanıb
Avropada fəaliyyət göstərən "Basic-Fit" fitnes klublar şəbəkəsinə kiberhücum edilib. Nəticədə, Niderlandda təxminən 200 min olmaqla, ümumilikdə bir milyona yaxın müştərinin şəxsi məlumatları ələ keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb. Məlumata əsasən, kibercinayətkarlar müştərilərin üzvlük detalları, adları, yaşadıqları ünvanlar, imeyllər, telefon nömrələri, doğum tarixləri və bank rekvizitlərinə giriş əldə ediblər. Bununla belə, şirkətdən bildirilib ki, məlumat sızması istifadəçilərin şəxsiyyət vəsiqələrinə və hesablara aid şifrələrə təsir etməyib. Yayım korporasiyasının qeyd etdiyinə görə, hücum bir neçə dəqiqə ərzində aşkarlanaraq dayandırılıb. Lakin həmin vaxta qədər məlumatların bir hissəsi hakerlər tərəfindən yüklənib. Hazırkı mərhələdə şirkətdə bu məlumatların cinayətkarlar tərəfindən istifadə edildiyinə dair heç bir sübut yoxdur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür məlumatların sızması fişinq hücumları ehtimalını artırır. Xüsusilə də bank rekvizitlərinin ələ keçirilməsi fırıldaqçılara rəsmi mesajlar adı altında vəsaitlərin avtomatik silinməsi ilə bağlı saxta bildirişlər göndərməyə imkan yaradır.
Mənbə oxu.az

Oxşar Xəbərlər