Dünya

Macarıstanın yeni lideri: "Rusiya ilə dialoq qurmaq məcburiyyətindəyik"

13 Apr 2026, 13:12 1 baxış
Macarıstanın yeni lideri: "Rusiya ilə dialoq qurmaq məcburiyyətindəyik"
"Macarıstanın yeni hökuməti Rusiya ilə dialoq qurmaq məcburiyyətində qalacaq. Bunun əsas səbəbləri kimi dövlətlərin sabit coğrafi yerləşməsi və Budapeştin enerji sahəsində Moskvaya olan ehtiyacıdır". Oxu.Az məlumat verir ki, bunu parlament seçkilərində zəfər çalan "Tisa" partiyasının sədri Peter Madyar "Nepszava" nəşrinə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, əhali rəhbərliyin Ukraynanın yox, məhz Macarıstanın mənafelərini üstün tutmasını arzulayır. Madyar vurğulayıb ki, ehtiyac olacağı təqdirdə, Rusiya lideri Vladimir Putinlə də müzakirələr həyata keçiriləcək. Partiya rəhbəri onu da diqqətə çatdırıb ki, dövlətin Rusiyadan asılı olan enerji ehtiyacı hələ bir müddət də davam edəcək: "Biz dialoq quracağıq, lakin dostluq etməyəcəyik". Xatırladaq ki, "Tisa" partiyası aprelin 12-də keçirilən seçkilər zamanı parlamentdəki 199 mandatdan 138-nə sahib çıxaraq qələbə qazanıb. Səsvermə saat 06:00-da başlayıb və 19:00-da başa çatıb. Seçici fəallığı rekord səviyyəyə - 77.8%-ə çatıb. Ümumilikdə Macarıstanda 8 milyondan çox vətəndaş səsvermə hüququna malikdir. Baş nazir Viktor Orban açıqlama verərək, parlament seçkisində məğlub olduqlarını açıqlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər