Dünya

KİV: ABŞ-nin İranla bağlı üç ssenarisi var

13 Apr 2026, 13:56 1 baxış
KİV: ABŞ-nin İranla bağlı üç ssenarisi var
Ağ Ev İranda hadisələrin inkişafı ilə bağlı üç mümkün ssenari proqnozlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Administrasiyasının nümayəndələrinə istinadən "The Washington Post" nəşri məlumat yayıb. Nəşrin qeyd etdiyi kimi, birinci ssenari İranın mövcud hökumətinin hakimiyyətdən uzaqlaşdırılmasını nəzərdə tutur. İkinci variant isə İranın ali rəhbərinin dəyişdirilməsini ehtiva edir. Qəzetin yazdığına görə, bu vəzifəyə xüsusilə parlamentin hazırkı spikeri Məhəmməd Baqir Qalibaf iddialı ola bilər. "Üçüncüsü, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sərt xətt tərəfdarları ABŞ-ni yeni güzəştlərə məcbur etmək məqsədilə blokadanı yarmağa və ya fərqli zərbələr endirməyə cəhd edə bilərlər", - deyə məqalədə qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər