Dünya

Tramp: "ABŞ-nin Rusiya və Səudiyyə Ərəbistanından daha çox nefti var"

13 Apr 2026, 10:52 1 baxış
Tramp: "ABŞ-nin Rusiya və Səudiyyə Ərəbistanından daha çox nefti var"
"ABŞ Rusiya və Səudiyyə Ərəbistanının birgə sahib olduğundan qat-qat çox neftə malikdir". Oxu.Az-ın RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Tramp mətbuat nümayəndələrinə açıqlamasında bildirib. "Beləliklə, Rusiya və Səudiyyə Ərəbistanı kimi iki böyük dövlətə diqqət yetirsəniz, bizim onlardan daha çox neftimiz var", - deyə ABŞ lideri qeyd edib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar "Qaz, balam, qaz!" ("Drill, baby, drill!") siyasəti çərçivəsində görülən tədbirlər sayəsində böyük neft ehtiyatları əldə edə bilib. Qeyd edək ki, "Qaz, balam, qaz!" ifadəsi Donald Trampın seçki kampaniyasının qeyri-rəsmi şüarlarından biri olub. 2025-ci il yanvarın 20-də prezident vəzifəsinin icrasına başlayan Tramp ABŞ enerjisi sahəsində fövqəladə vəziyyət elan edərək, neft və qaz hasilatının dəstəklənməsinə yönəlmiş bir sıra fərmanlar imzalayıb və enerji resurslarının istehsalını iki dəfə artırmağın vacibliyini vurğulayıb. Bu addımlar ABŞ-nin dünyada ən çox neft hasil edən ölkəyə çevrilməsinə şərait yaradıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər